Azərbaycanda çay ixracı azaldı, idxal ARTDI  

Hazırda oxunan: Azərbaycanda çay ixracı azaldı, idxal ARTDI  

183343

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda 969 hektar sahədən 1 123.8 ton yaşıl çay yarpağı yığılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin 2023-cü ilin hesabatında əks olunub. 

Ötən ilin eyni dövründə toplanan məhsulun həcmi isə 1001 ton təşkil edib. 

Qeyd edək ki, yaşıl çay ölkəmizin Lənkəran-Astara və Şəki-Zaqatala iqtisadi rayonlarında yetişdirilir. 

Dövlət Gömrük Komitəsinin cari ilin yanvar-fevral aylarını əhatə edən hesabatında isə göstərilir ki, bu dövrdə xarici ölkələrdən 1 762.63 ton həcmində quru çay ixrac etmişik ki, bunun da maliyyə dəyəri 8 897.02 dollar təşkil edib. 

İxracın həcmi isə cəmi 98.77 ton olub ki, bunun da maliyyə dəyəri 915.34 dollara bərabər olub. 

Statistikadan da göründüyü kimi, müvafiq dövrdə çay idxalının həcmi 23,16 faiz artsa da, ixrac 91,21 faiz azalıb.

Çox maraqlı situasiya yaranıb. İdxalın həcmi istehsalın həcmini 339 ton və ya 23.16 faiz ötür, amma icracın həcmi istehsaldan 1 025 ton və ya 91.21 az olur. Ümumilikdə isə, sözügedən məhsul üzrə idxalın həcmi daxili istehsalı 23 faiz üstələyib.

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin