Kartof istehsalı azalsa da, ixracın həcmi və dəyəri ARTIB – FƏRQLİ STATİSTİKA

Hazırda oxunan: Kartof istehsalı azalsa da, ixracın həcmi və dəyəri ARTIB – FƏRQLİ STATİSTİKA

183312

Cari ilin yanvar-fevral aylarında ölkəmizdən 625.75 min ton həcmində və 198.68 dollar dəyərində kartof ixrac olunub.

Bizim.Media Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, ötən il isə xaricə 385.31 min ton həcmində və 184 940 dollar satılıb.

Buradan da aydın olur ki, bir il ərzində ixracın həcmi 240,44 min ton və ya 38.42 faiz, dəyəri isə 13 074 dollar və ya 6.92 faiz artıb. 

Dövlət Statistika Komitəsi Azərbaycanda həm kartof sahəsinin, həm də yığımının azalması ilə bağlı hesabat yayıb. 

Sənədə əsasən, 2023-cü ilin yanvar – noyabr aylarında 49 476 hektar sahədən 995 916.4 ton kartof məhsulu toplanılıb. 

2022-ci ilin eyni dövründə isə 54 776 hektar sahədən 1 milyon 052 257.3 min ton məhsul toplanıb. Burdan belə aydın olur ki, həm əkin sahsində, həm də yığımda azalma baş verib. Belə ki, 1 il ərzində əkin sahəsində 5 300 hektar və ya 9.67 faiz, məhsulda isə 56 341 ton və ya 5,36 faiz azalma baş verib. 
Hər iki qurumun statistik məlumatlarından belə aydın olur ki, kartof yığımının azalmasına baxmayaraq, cari dövrdə ixraca mühüm önəm verilib. Bu da həcmin artımına səbəb olub. 

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin