Hakan Fidandan "Kurtlar Vadisi" AÇIQLAMASI

Hazırda oxunan: Hakan Fidandan "Kurtlar Vadisi" AÇIQLAMASI

183280

Türkiyə xarici işlər naziri Hakan Fidan sosial şəbəkələrdə haqqında danışılan “Kurtlar Vadisi” paylaşımları ilə bağlı açıqlama verib.

Bizim.Media xəbər verir ki, nazir bu haqda Bursada gənclərlə görüşü zamanı danışıb.

O, bu cür zarafatlara öyrəşdiyini deyib:

“Zaman-zaman müənimlə bağlı hazırlanan paylaşımlar olur. Xüsusilə, "Kurtlar Vadisi" ilə bağlı belə paylaşımlar çoxdur. 14 yaşından dövlətin önəmli xidmətlərində olanda hər şeylə əlaqələndirilirsən. Mən də artıq öyrəşmişəm. Bu, bizim qismətimizdir”.

Qeyd edək ki, Fidanın, xüsusilə, xarici işlər naziri olduqdan sonra sosial şəbəkələrdə serialdakı obrazlara bənzədilməsi ilə bağlı hazırlanan videolar durmadan artır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin