“Kəndləri qaytarmasaq, Azərbaycan müharibəyə başlayacaq” - Paşinyan

Hazırda oxunan: “Kəndləri qaytarmasaq, Azərbaycan müharibəyə başlayacaq” - Paşinyan

183271

“Ermənistan sərhəd kəndləri (işğal olunmuş - red.) məsələsində güzəştə getməkdən imtina edərsə, həftənin sonunda Azərbaycan müharibəyə başlayacaq”.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinin sərhəd kəndlərinin sakinləri ilə görüşündə deyib.

Paşinyan İrəvanın sərhəd məsələsində Bakıya boyun əyməyəcəyi təqdirdə müharibə təhlükəsini elan edib.

“Mən bu müharibənin sonunda nə baş verəcəyini bilirəm”, - deyən Paşinyan izah edib ki, silahlı münaqişədən sonra yerli sakinlər ondan hərbi əməliyyatlar təhlükəsi barədə məlumatlı olduğu halda niyə əvvəldən xəbərdar edilmədiklərini soruşacaqlar.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin