Cahit Bağçı: “Şuşa Bəyannaməsi düşmənin ürəyinə sancılan oxdur”

Hazırda oxunan: Cahit Bağçı: “Şuşa Bəyannaməsi düşmənin ürəyinə sancılan oxdur”

183171

“Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin konstitusiyasıdır”. 

Bizim.Media “report.a”a istinadən xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı martın 18-də Çanaqqala Zəfərinin 109-cu ildönümü münasibətilə Abşeron Mədəniyyət evində keçirilən tədbirdə deyib. 

O xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə 2021-ci ildə Şuşa şəhərində iki ölkə arasındakı münasibətləri müttəfiqlik səviyyəsinə çatdıran Şuşa Bəyannaməsi imzalanıb: 
"Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin konstitusiyasıdır. Bu sənəd düşmənin ürəyinə sancılan oxdur". 

C.Bağçı vurğulayıb ki, Ankara Bakı ilə sarsılmaz qardaşlığını, həmrəyliyini, güclü müttəfiqlik münasibətlərini və əməkdaşlığını gələcəkdə daha da inkişaf etdirəcək:

“Biz bunları tariximizdən miras olaraq almşıq. Bu əməkldaşlığı prezidentlərimiz Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin liderliyində heç bir maneə tanımadan davam etdirəcəyik”. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin