“Dağlıq Qarabağda yerləşən Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin ildönümü ilə bağlı təntənəli yürüşün məşqlərinə başlayıb”.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin saytında məlumat yerləşdirilib.
MÖVZU İLƏ BAĞLI:
Rusiyadan Şuşa – Qırmızı Bazar yolu ilə bağlı AÇIQLAMA
“Stepanakert (Xankəndi-red) şəhərindəki hava limanında təxminən 400 rus hərbçisi təlimə cəlb olunur. Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin əsasını təşkil edən Mərkəzi Hərbi Dairənin 15-ci briqadasının şəxsi heyəti təntənəli yürüşün keçməsi üçün məşqlərdə iştirak edirlər.
Bundan əlavə, Müdaxilə Mərkəzinin bölmələri, hərbi polis, xüsusi təyinatlı tibbi hissə də məşqlərə cəlb edilir”,- deyə məlumatda bildirilib.
Bildirilib ki, parad heyətlərinin təlimləri mütəmadi olaraq, sülhməramlı kontingentin vəzifələrinin icrasına mane olmadan həyata keçirlir.
Bizim.Media