Sumqayıt şəhərində ağacları qurutmaq üçün dibinə neft tökülməsi ilə bağlı rəsmi açıqlama verilib.
Bizim.Media xəbər verir ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov oxu.az-a bildirib ki, sözügedən məsələdən xəbərdardırlar və hazırda qurumun əməkdaşları tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, Sumqayıt şəhərində ağacların dibinə neft töküldüyü iddia edilir. Bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.
Sumqayıt sakini iddia edir ki, şəhərin 17-ci mikrorayon ərazisində olan yaşlı ağacların quruması üçün diblərinə neft tökülüb.
Videonu təqdim edirik:
Bizim.Media