“Nikol Paşinyan parlamentdəki çıxışında hökumətin 2020-ci ildə gördüyü işlərdən bəhs etməli, hesabat təqdim etməli idi, amma tamamilə fərqli bir şeylə məşğul oldu. Həmişəki kimi ara qarışdırdı”.
Bizim.Media xəbər verir ki, bu fikirlər “yerkramas.org” saytında yer alıb.
MÖVZU İLƏ BAĞLI:
Paşinyan Dilicana gəldi - Mərkəzi Bankın tədbirində nədən danışdı?
Mənbə daha sonta bunları yazır:
“Nikolun hesabatı Azərbaycan üçün idi. Ermənistan tərəfinin müharibə nəticəsində nə qədər hərbçisinin öldüyünü, itkin düşdüyünü, kimliyi məlum olmayan meyitlərinin qalıqlarının olduğunu bildirdi. 4000-ə yaxın ölü sayından bəhs etdi (əslində ölümlərin sayı daha çoxdur: Nikol insanların ölümünü belə saxtalaşdırır).
“Xalqın Baş naziri” çıxışında 2016-cı ilin aprel müharibəsindən söz açdı. Müvafiq komissiyanın fəaliyyətinin nəticələrinin dərc olunmadığını, əksəriyyətinin dövlət sirri olduğunu qeyd etdi.
Burada bəzi suallar yaranır.
Bildiyiniz kimi, bu bədnam komissiyaya Köçəryan Andranik rəhbərlik edirdi. Bu komissiyanın üzvləri Soros-Türk dairələrindən olanlar da daxil olmaqla təsadüfi adamlar idi.
Əslində dövlət sirrini ehtiva edən məlumatlar onlar üçün əlçatan olub. Xüsusilə, hərbçilərdən ordunun vəziyyəti, daxili qərarları, qoşunlarımızın taktikaları və daha çox şey haqqında çoxsaylı məlumatlar əldə edilib.
İndi sual yaranır. Dövlət sirrini ehtiva edən məlumatlar kimə çatıb? Türklərə və azərbaycanlılara ötürülübmü?
Bu komissiyanın məlumatları məhz Türkiyə-Azərbaycan tandeminə ötürmək üçün yaradıldığına böyük şübhə var. 44 günlük müharibədən sonra Andranik Köçəryanın qalib tərəflə ortaq bir dil tapmağın və onunla qardaşlıq münasibətinə getməyin lazım olduğunu elan etmək tələsik deyilmi? Nikol və onun türk “çantaları” da oxşar təbliğatla məşğuldur.
Hakimiyyət dəyişikliyindən sonra milli komissiya yaradılmasına ehtiyac yaranacaq. Bu komissiya nikolçuların müharibə zamanı davranışlarını öyrənməli, müharibənin başlamasının və məğlubiyyətinin səbəblərini ortaya qoymalı olacaq.
Bundan əlavə, Köçəryan Andranikin rəhbərlik etdiyi komissiyanın aprel müharibəsindəki fəaliyyətlərinin həqiqi hədəfləri də açıqlanmalıdır.
Açıqlamalardan sonra siyasi və hüquqi qiymətləndirmələr aparılmalıdır. Xainlər və 5-ci Türk “kolonunun” bütün nümayəndələri cəzalandırılmalıdır”.
Bizim.Media