Britaniyanın müdafiə naziri Odessaya getməkdən imtina etdi

Hazırda oxunan: Britaniyanın müdafiə naziri Odessaya getməkdən imtina etdi

182996

Böyük Britaniyanın Müdafiə Nazirliyinin rəhbəri Ukraynaya səfəri çərçivəsində Odessaya getməkdən imtina edib.

Bizim.Media xəbər verir ki, bu barədə “The Sunday Times” nəşri yazıb.

Mənbə qeyd edir ki, Qrant Şapps Rusiyadan gələn raket təhlükəsi səbəbindən Odessa səfərindən imtina etmək məcburiyyətində qalıb. 

Müdafiə naziri Britaniya kəşfiyyatının rusların onun səyahət planlarından xəbər tutması xəbərdarlığından sonra səfəri yarımçıq kəsib.

Xatırladaq ki, Şapps martın 7-də Kiyevə səfər edib və Ukrayna Silahlı Qüvvələri üçün 10 mindən çox pilotsuz təyyarənin alınması üçün 325 milyon funt sterlinq ayrıldığını açıqlayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin