GMO və yem məhsullarının qeydiyyata alınması qaydası TƏSDİQLƏNDİ

Hazırda oxunan: GMO və yem məhsullarının qeydiyyata alınması qaydası TƏSDİQLƏNDİ

182915

Yeni növ qida məhsullarının, qida əlavələrinin, yem əlavələrinin qeydiyyata alınması, qeydiyyata alınmış məhsulların qeydiyyatının dayandırılması, bərpa edilməsi qaydaları təsdiq edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Məlumata görə, qərarda yeni növ qida məhsullarının, genetik modifikasiya olunmuş orqanizmlər və yem məhsullarının, qida əlavələrinin, yem əlavələrinin, bioloji aktiv qida məhsullarının və təbii mineral suların qeydiyyata alınması, qeydiyyata alınmış məhsulların qeydiyyatının dayandırılması, bərpa edilməsi, ləğvi və yenidən rəsmiləşdirilməsi qaydalarının və qeydiyyatının qüvvədəolma müddətinin müəyyən edilməsi nəzərdə tutulur.

Qərarın qəbul edilməsi ilə məhsulların Azərbaycan Respublikasının ərazisində istehsalı, emalı və dövriyyəyə buraxılmasından əvvəl onların həyat və sağlamlığa təsirinin qiymətləndirilməsinə, təhlükəsizliyinin və minimum keyfiyyətinin həmçinin etiketlənmə və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyənləşdirilmiş digər tələblərə uyğunluğunun müəyyən edilməsinə imkan yaranacaq.
Bu Qərarla təsdiq edilən siyahı ilə müəyyən olunan yem üçün istifadəsi nəzərdə tutulan GMO, habelə yalnız GMO-dan ibarət olan və ya tərkibində GMO olan və ya tərkibində GMO-dan əldə edilmiş məhsul olan yem məhsulları genetik modifikasiya növü nəzərə alınmaqla qeydiyyata alınır.

Daha ətraflı məlumatı buradan ala bilərsiniz.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin