Martın 16-da saat 14:30-da Zaqatala rayonu ərazisində 18 yaşlı gənc partlayış nəticəsində ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, 2006-cı il təvəllüdlü Ömərov Məhəmməd Kamal oğlunun partlayıcı maddənin partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
MÖVZU İLƏ BAĞLI:
Zaqatalada FACİƏ – 18 yaşlı gənc qumbara partlaması nəticəsində ÖLÜB
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media