Aparıcı Səma: "Qızımın ərə getmədən sevdiyi şəxslə yaxınlıq etməsinə razıyam" - VİDEO

Hazırda oxunan: Aparıcı Səma: "Qızımın ərə getmədən sevdiyi şəxslə yaxınlıq etməsinə razıyam" - VİDEO

182859

Aparıcı və bloger Səma Abıyeva müzakirə yaradan açıqlaması ilə gündəmə səs salıb.

Bizim.Media xəbər verir ki, Səma qonaq olduğu "Qapqara" verilişində qızının ərə getməzdən əvvəl sevdiyi şəxslə yaxınlıq etməsinə razı olduğunu dilə gətirib.

"Bəzi müsahibələrimin altına yazırlar ki, sən razı olarsan, qızın ailə qurmadan yaxınlığı olsun? Bəli, düzgün, ağıllı seçim etmək üçün tanımalıdır. Sabah fakt qarşısında qalmalı deyil. "Geri yolum yoxdur. Mən kəfənlə qayıda bilərəm” yox... Onda o xoşbəxt olacaq. İstəməsə, heç vaxt evlənməsin, ailə qurmasın. Mən nənə olum deyə, onlar valideyn olmalı deyil", - deyə S.Abıyeva vurğulayıb.

Aparıcının bu fikirləri sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. İzləyicilər Səmanı sərt şəkildə tənqid ediblər.
 


Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin