Tokayevin ölkəmizə səfəri hansı nəticələrlə yadda qaldı? – Qazaxıstanlı politoloqdan ÖZƏL AÇIQLAMA

Hazırda oxunan: Tokayevin ölkəmizə səfəri hansı nəticələrlə yadda qaldı? – Qazaxıstanlı politoloqdan ÖZƏL AÇIQLAMA

182853

“Qazaxıstan Prezidenti Kasım Jomart Tokayevin Azərbaycana dövlət səfəri simvolik xarakter daşıyır. Son iki il ərzində Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın xeyli inkişaf etdiyini şahidi oluruq”. 

Bu fikirləri Qazaxıstan-Azərbaycan münasibətləri haqqında Bizim.Media ilə fikirlərini bölüşən qazaxıstanlı politoloq Nurbolat Nışhanbayev deyib.

“İqtisadi əməkdaşlığımız daha da inkişaf edəcək”

Qazaxıstan liderinin Azərbaycan səfərini və iqtisadi əlaqələrdəki inkişafı şərh edən Nışhanbayev, iki ölkənin yaxın münasibətlərinin Türk dünyasının birləşməsi yönündə də əhəmiyyətindən danışıb.

“Qeyd etmək istədiyim iki fakt var. Birincisi, Azərbaycan və Qazaxıstan tarixən Xəzər dənizindən qonşu, qardaş ölkələr olub. İkincisi isə son iki il ərzində Avrasiya qitəsində geosiyasi çalxalanma müşahidə olunur və strateji dəyişiklik Qazaxıstanın xarici siyasətinə da təsir edir. 

Türk Dövlətləri Təşkilatının əsasını qoyanlardan olan Azərbaycan və Qazaxıstan son iki il ərzində iqtisadi, siyasi, sosial sahələrdə əməkdaşlıqlarını xeyli genişləndiriblər. Bununla bərabər, düşünürəm ki, iki ölkə arasında iqtisadi əməkdaşlıq daha da irəliləyəcək”, - deyə Nışhanbayev qeyd edib.

“Qeyri-Türk dövlətlərindən asılılığımız azalacaq”

İki ölkənin yerləşdiyi coğrafi mövqeyin iqtisadi baxımdan əməkdaşlıqla birlikdə inkişaf edəcəyini deyən politoloq, gələcək illərdə qeyri-Türk dövlətlərindən asılılığın da azalacağına diqqət çəkib.

“Geosiyasi cəhətdən Qazaxıstan və Azərbaycan Mərkəzi Asiyadan Cənubi Qafqaza qədər, Şərqdən Qərbə doğru körpü yaratmaq istiqamətində güclü potensiala sahibdirlər. Bu marşrut növbəti onilliklərdə yeni müasir İpək yolu və ya ticarət yolu olacaq. Qazaxıstan Prezidentinin Azərbaycana hazırki səfəri də bizim kifayət qədər güclü olduğumuzu, Türk dünyasının gələcəyini, eləcə də sahib olduğumuz ortaq kökün iki ölkə arasında sağlam gələcək yaradacağını nümayiş etdirir”, - deyə Nurbolat Nışhanbayev əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin