“Emmanuel Makronla müsahibədən sonra həqiqəti bərpa etmək və Ukraynadakı münaqişə ilə bağlı bir daha yalana yol verməmək lazımdır”.
Bizim.Media Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Fransa Vətənpərvərləri Partiyasının lideri Florian Filippot “X” (Twitter) platformasındakı səhifəsində yazıb.
Onun sözlərinə görə, Makron dünən gecə 30 dəqiqəlik çıxışında Ukrayna müharibəsi ilə bağlı nə az, nə çox 8 absurd və böyük yalan danışdı.
Filippot əlavə edib ki, bu çıxışdan sonra manipulyasiyadan, məhvetmədən, azadlığın məhdudlaşdırılmasından və müharibənin ölüm tələsindən xilas olmaq üçün həqiqəti bərpa etmək çox vacibdir.
Xatırladaq ki, Fransa lideri Makron çıxışında ölkəsinin Rusiyanın mümkün eskalasiyasına hazır olduğunu bildirib:
“Biz Moskvanın heç bir zaman qalib gəlməməsi üçün lazım olan bütün qərarları qəbul etməyə hazırıq. Bu gün bizim üçün müqavimət vaxtıdır”.
Makron bununla belə, Rusiyanı düşmən elan etməkdən çəkinib və Moskvanın hazırda Parisin əsas rəqibi olduğunu, lakin tərəflərin müharibə vəziyyətində olmadığını söyləyib. Eyni zamanda, “Əgər Rusiya hamını münaqişəyə sürükləyən yeni eskalasiyaya qərar verərsə” vəziyyət dəyişə bilər” - deyə xəbərdarlıq etməkdən də çəkinməyib.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
Dünya
10:50 / 16.03.2024
Fransalı müxalifətçi: “Makron Ukrayna müharibəsi ilə bağlı yalan DANIŞIR”
Hazırda oxunan: Fransalı müxalifətçi: “Makron Ukrayna müharibəsi ilə bağlı yalan DANIŞIR”
Hazırda oxunan: Fransalı müxalifətçi: “Makron Ukrayna müharibəsi ilə bağlı yalan DANIŞIR”
182838
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.