ABŞ prezidenti Co Bayden Rusiyalı həmkarı Vladimir Putin haqqında təhqiramiz ifadələr səsləndirib.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, Co Bayden İrlandiyada keçirilən ənənəvi Müqəddəs Patrik Gününə həsr olunmuş bayram yeməyi zamanı Putin barəsində, “O, quldurdur” – deyib.
Bayramda çıxış edən Bayden mərasimdə iştirak edən hər kəsi Putinə qarşı çıxmağa dəvət edib.
Qeyd edək ki, Rusiya hökumət dairələri, eləcə də Xarici İşlər Nazirliyi dərhal məsələyə cavab verib. Belə ki, ilk reaksiya verən XİN-nin sözçüsü Mariya Zaxarova C.Bayedenin bu davranışını Ağ Evdə dərman qıtlığı ilə izah edib.
“Ağ Evdə rus dərmanları ilə bağlı çatışmazlıq özünü açıq şəkildə göstərir. Bunun üçün Bayden hər kəsə Moskvaya getməyi təklif edir. Gəlin onu içəri ataq” – deyə bildirib.
Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov isə, Ağ Ev rəhbərinin Putinə qarşı bu çıxışını Amerika dövlətinin acizliyi kimi dəyərləndirib:
“Buna ard-arda fiaskoya uğrayan administrasiyanın açıq şəkildə zəif xarici siyasətin nəticələri səbəb olub. Bu son qəbuledilməz hərəkət Vaşinqtonun ikitərəfli əlaqələri kəsmək və Rusiyaya “strateji məğlubiyyət” yaşatmaq istəyindən əl çəkməyən rusofob xəttinə tamamilə uyğundur”.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
Dünya
10:38 / 16.03.2024
Bayden Putin HAQQINDA: “O, quldurdur”
Hazırda oxunan: Bayden Putin HAQQINDA: “O, quldurdur”
Hazırda oxunan: Bayden Putin HAQQINDA: “O, quldurdur”
182835
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.