Ali Məhkəmədə Rəqabət Məcəlləsinin tətbiqi xüsusiyyətləri müzakirə olunub - FOTO

Hazırda oxunan: Ali Məhkəmədə Rəqabət Məcəlləsinin tətbiqi xüsusiyyətləri müzakirə olunub - FOTO

182813

Martın 15-də Ali Məhkəmədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri ilə Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin tətbiqi xüsusiyyətləri ilə əlaqədar görüş keçirilib.

Bu barədə Bizim.Media-ya Ali Məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

Ali Məhkəmənin hakimləri və Aparat əməkdaşlarının iştirak etdiyi görüşdə bu il iyulun 1-dən qüvvəyə minəcək Rəqabət Məcəlləsinin təqdimatı keçirilib, bu sahədə istifadə olunan qanunvericilik və beynəlxalq təcrübə barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.

Bildirilib ki, Rəqabət Məcəlləsinin qəbulu bazar subyektlərinin inhisarçı davranışlarının qarşısının alınması, haqsız rəqabət hallarının aradan qaldırılması və təbii inhisar subyektlərinin fəaliyyətinə effektiv nəzarətin təşkilində təsirli alət və mexanizmlərdən istifadəyə imkan yaratmaqla, ölkə iqtisadiyyatının və azad sahibkarlığın inkişafına töhfə verəcək.
İstehlakçı hüquqlarının müdafiəsi sahəsində mühüm əhəmiyyət kəsb edən Məcəllənin düzgün tətbiq olunmasında məhkəmələrin müstəsna rolu xüsusi vurğulanıb. Belə ki, maraqlı şəxslərin rəqabət qanunvericiliyinin pozulması ilə bağlı işin yekunu üzrə rəqabət orqanının qərar və göstərişlərindən, onun vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) məhkəməyə şikayət vermək hüququ var. Rəqabət qanunvericiliyinin pozulması nəticəsində vurulmuş zərərin müəyyən edilməsi və ödənilməsinə məhkəmə qaydasında baxılır.

Görüşdə Rəqabət Məcəlləsinin təkmilləşdirilməsi üçün nəzərdə tutulan yeniliklərdən də bəhs edilib.

Qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin