Sahibə Qafarova: “Azad edilmiş ərazilərin yenidən qurulması və bərpası üçün 5,6 milyard manatadək vəsait xərclənib”

Hazırda oxunan: Sahibə Qafarova: “Azad edilmiş ərazilərin yenidən qurulması və bərpası üçün 5,6 milyard manatadək vəsait xərclənib”

182802

“Ötən il ölkədə 123 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub. Bu, 2022-ci illə müqayisədə 1,1 faiz çoxdur. Sevindirici hal odur ki, artım qeyri neft-qaz sektorunun hesabına təmin edilib. Diqqəti çəkən məqamlardan biri də dövlətin strateji valyuta ehtiyatlarının 17 faizdən çox artması və 68,5 milyard ABŞ dolları təşkil etməsidir”. 

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova yaz sessiyasında növbəti plenar iclasda çıxışı zamanı deyib.

Spiker qeyd edib ki, 2023-cü ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün 20 milyard manatdan çox investisiya qoyuluşu həyata keçirilib, bu isə əvvəlki illə müqayisədə 9,8 faiz çoxdur:

“İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası üçün 2023-cü ildə 5,6 milyard manatadək vəsait xərclənib. Ötən üç ildə isə bu vəsait 12 milyard manatdan çox olub. Bütün bunlar dövlətimizin başçısının müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyasının həyata keçirildiyini, makroiqtisadi sabitliyin və maliyyə dayanıqlığının möhkəmləndirildiyini, iqtisadiyyatın şaxələndirildiyini və neft gəlirlərindən asılılığın azaldıldığını, infrastrukturun inkişafının və digər sahələrdə hökumətin fəaliyyətinin səmərəli qurulduğunu söyləməyə əsas verir. 

Bu gün ölkəmizin malik olduğu zəngin resurslar qarşıya qoyulan hər bir vəzifəni uğurla yerinə yetirməyə imkan yaradır”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin