“Abzas media”nın direktor müavini Məhəmməd Kekalovun barəsində həbs müddətinin uzadılması ilə bağlı təqdimata baxılıb.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, Xətai Rayon Məhkəməsində keçirilən prosesdə qərar verilib.
Qərara əsasən, Məhəmməd Kekalovun barəsində həbs qətimkan müddəti daha 3 ay uzadılıb.
Qeyd edək ki, ötən ilin noyabrın 21-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 23-də isə direktor müavini Məhəmməd Kekalov, dekabrın 1-də isə saytının əməkdaşı Nərgiz Absalamova, dekabrın 13-də jurnalist Hafiz Babalı və yanvarın 13-də saytın əməkdaşı Elnarə Qasımova barəsində qrup halında qaçaqmalçılıq ittihamı ilə həbs qətimkan tədbiri seçilib.
Onlar barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb və barələrində həbs qətimkan qərarı verilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
22:15 / 15.03.2024
“Abzas media”nın direktor müavininin həbs müddəti UZADILDI
Hazırda oxunan: “Abzas media”nın direktor müavininin həbs müddəti UZADILDI
Hazırda oxunan: “Abzas media”nın direktor müavininin həbs müddəti UZADILDI
182798
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.