UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda Almaniyada “Bayer” klubuna qarşı əzmkar mübarizə aparan “Qarabağ” Vətənə qayıdıb.
Bizim.Media xəbər verir ki, komanda üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda azarkeşlər, media nümayəndələri və futbolçuların yaxınları qarşılayıblar.
37 oyundur məğlub olmayan Leverkuzen təmsilçisinə 2:3 hesabı ilə uduzan Ağdam klubunun qollarını Abdullah Zubir və Olavio Juninyo vurublar.
Qeyd edək ki, Almaniya Bundesliqasının liderinə hər iki oyunda 2 qol vuran “Qarabağ” 1/8 final səddini keçə bilməyib – 2:2, 2:3.
Bizim.Media