Müğənni Elnur Məmmədov ötən axşam UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qarabağ” “Bayer” görüşünü canlı izləmək üçün Almaniyaya yollanıb.
Bizim.Media xəbər verir ki, Almaniyanın Leverkuzen şəhərindəki futbol stadiona üzərində Azərbaycan bayrağı ilə gələn sənətçi dostları ilə birgə “Qarabağ”a azərkeşlik edib.
Ölkəmiz və milli komandamızla bağlı şüarlar səsləndirən Elnur oyun zamanı mobil telefonu ilə çəkdiyi görüntüləri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Həmin anları sizə təqdim edirik:
Rəşad Əliyev, Bizim.Media