"Portu"nun kapitanı Pepe Çempionlar Liqasının tarixinə düşüb.
Bizim.Media xəbər verir ki, 41 yaşlı müdafiəçi 1/8 final mərhələsinin “Arsenal”la dünənki cavab oyununda meydana çıxmaqla buna nail olub.
"Opta"nın məlumatına görə, portuqaliyalı futbolçu Çempionlar Liqasında oynamış ən yaşlı meydan oyunçusu olub.
Ondan əvvəl yalnız dörd qapıçı daha artıq yaşla meydana çıxıb. Bunlar Mark Şvartser (2014-cü ildə 41 yaş), Aleksandr Şovkovski (2016-cı ildə 41), Canluici Buffon (2020-ci ildə 42) və Marko Ballottadır (2007-cı ildə 43).
Bizim.Media
- A-
- A
- A+
İdman
01:11 / 14.03.2024
Pepe Çempionlar Liqasının tarixinə düşdü
Hazırda oxunan: Pepe Çempionlar Liqasının tarixinə düşdü
Hazırda oxunan: Pepe Çempionlar Liqasının tarixinə düşdü
182486
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.