Dövlət Komitəsinə zorakılıqla bağlı neçə nəfər MÜRACİƏT EDİB? - FOTO

Hazırda oxunan: Dövlət Komitəsinə zorakılıqla bağlı neçə nəfər MÜRACİƏT EDİB? - FOTO

182418

2023-cü il ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 860 Gender əsaslı zorakılıqla bağlı Dəstək Xəttinə 302 müraciət daxil olub. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu yayıb.

Onun sözlərinə görə, 2022-ci il üzrə bu rəqəm 269 olub:

"2023-cü ildə Dəstək Xəttinə müraciət edənlərin 164-ü evli, 86-sı subay, 52-si isə boşanmış olub. 2022-ci ildə zəng edənlərin 162-si evli, 76-ı subay, 31-i isə boşanmış şəxslərdir.

2023-cü ildə zənglərin 237-si qadınlar, 65-i isə kişilər tərəfindən edilib. 2022-ci ildə zənglərin 231-i qadın, 38-i isə kişilər tərəfindən olub. 2023-cü ildə fiziki zorakılığa məruz qalma ilə bağlı zənglərin sayı 146 nəfər olub (2022-ci ildə bu rəqəm 124 nəfər təşkil edib).

2023-cü ildə müraciətlərin əksəriyyəti psixoloji (288) və fiziki zorakılıqla (146) bağlı olub. Şikayət edənlərin əksəriyyəti zorakılığın bir neçə növünün qurbanı olub və onlardan 175 nəfəri münasibətdə olduğu şəxs tərəfindən zorakılığa məruz qaldığını bildirib.

2023-cü ildə Dəstək Xəttinə ən çox müraciət Bakı şəhərindən edilib (185 nəfər). Regionlardan isə 117 müraciət daxil olub.

Zəng edənlərin yaş göstəriciləri isə belə olub: 0-18 yaş arası 36 nəfər, 19-35 yaş arası 183 nəfər, 36-55 yaş arası 71 nəfər, 56 yaşdan yuxarı isə 12 nəfər.

Onların 90 nəfəri ali təhsilli, 191 nəfəri nəfər orta təhsilli, 21 nəfəri isə təhsilsiz olub.

Müraciət edənlərin 79 nəfəri məşğul, 223 nəfəri isə işsizdir".


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin