Elm və Təhsil Nazirliyinin xidməti avtomobillərinin sayının azaldılması məsələsinə RƏSMİ AÇIQLAMA  

Hazırda oxunan: Elm və Təhsil Nazirliyinin xidməti avtomobillərinin sayının azaldılması məsələsinə RƏSMİ AÇIQLAMA  

182401

Yerli mediada Elm və Təhsil Nazirliyinin xidməti avtomobillərinin sayının kəskin azaldıldığı barədə məlumatlar yayılıb. Bildirilib ki, nazirliyin balansında olan xidməti minik avtomobillərin sayı 23-dən 10-a endirilib. Həmçinin  nazirliyin ərazi və yerli bölmələri üzrə mövcud 13 xidməti avtomobil ləğv edilib.

Məsələni aydınlaşdırmaq üçün Elm və Təhsil Nazirliyi ilə əlaqə yaratdıq. Qurumdan Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Nazirliyin balansındakı xidməti avtomobillər tabe qurumlara verilib:
 

MÖVZU İLƏ BAĞLI:

Fevralın birinci yarısında Elm və Təhsil Nazirliyinə 20 mindən çox müraciət DAXİL OLUB


“Elm və Təhsil Nazirliyinin xidməti avtomobillərinin bir hissəsi nazirliyə tabe qurumların balansına verilib. “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarında dəyişiklik edilib.

Dəyişikliyə əsasən, Elm və Təhsil Nazirliyinin ərazi və yerli bölmələr üzrə müəyyən edilmiş 13 xidməti minik avtomobili müvafiq olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) ərazi və yerli bölmələrinə transfer edilib. Belələiklə, əvvəl nazirliyin balansında 23 xidməti minik avtomobili var idisə, hazırda sadəcə aparat üçün nəzərdə tutulmuş 10 avtomobil qalır.

Bundan başqa MÜTDA-nın aparatı üçün 3, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin aparatı üçün 4 xidməti minik avtomobili verilib. Həmçinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin balansındakı avtomobillərin sayı 2-dən 3-ə artırılıb.

Qeyd edək ki, “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 iyul tarixli 1769 nömrəli Fərmanına əsasən nazirliyin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yaradılıb.

Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin