Tacir dağılmış ilk ailəsindən DANIŞDI: “Valideynlərim bu evliliyimə “xeyir-dua” verməmişdilər - VİDEO

Hazırda oxunan: Tacir dağılmış ilk ailəsindən DANIŞDI: “Valideynlərim bu evliliyimə “xeyir-dua” verməmişdilər - VİDEO

182372

Müğənni Tacir Şahmalıoğlu ilk evliliyindən söz açıb. 

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “7 tamam” verilişində deyib. 

Sənətçi bildirib ki, valideyinlərinin “xeyir-duası” olmadan qurduğu ilk ailəsi bir neçə aydan sonra dağılıb:  

“Mən iki dəfə ailə həyatı qurmuşam. Birinci ailəm dağılıb. İlk həyat yoldaşımdan övladım olmadı. Övlad məsələsi gəldi düşdü müharibə vaxtına. Ona görə də alınmadı. 6-7 aydan sonra mən birinci xanımımdan ayrıldım. Əslində mən səhv addım atmışdım. Böyüyümün sözünə baxmadan hərəkət etmişdim. Ona görə də ilk ailəm “əmələ gəlmədi”. Gördüm ki, ata-ana “xeyir-dua” olmadan qeyri-mümkündür ki, övlad xoşbəxt olsun. Mən bunu yaşadım və gördüm”. 

Qeyd edək ki, Tacir Şahmalıoğli 1989-cu ildə Ağdam şəhərində ilk dəfə ailə qurub. Onun xanımı bakılı olub. Tacir ilk xanımı ilə boşandıqdan sonra 1995-ci ildə ikinci dəfə ailə qurub. Onun bu evliliyindən 3 övladı var. Tacirinin ikinci həyat yoldaşı ondan 13 yaş kiçikdir.
 



Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin