Azərbaycanda iqtisadi artım AÇIQLANDI 

Hazırda oxunan: Azərbaycanda iqtisadi artım AÇIQLANDI 

182368

2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda ÜDM-in həcmi 18 milyard 576,9 milyon manata bərabər olub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5% çox olub. 

Bizim.Media bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,7% azalıb, qeyri neft-qaz sektorunda isə 10,1% artıb. 

ÜDM istehsalının 39,9%-i sənaye, 9,9% ticarət, nəqliyyat vasitələrinin təmiri, 7%-i nəqliyyat və anbar təsərrüfatı, 5,5%-i tikinti, 2,7%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7%-i informasiya və rabitə sahələrinin, 19,8%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 11,3%-ni təşkil edib. 

Bu dövrdə əhalinin hər nəfərinə düşən ÜDM 1824,1 manata bərabər olub. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin