Zabuxçay su anbarı bu il istifadəyə VERİLƏCƏK 

Hazırda oxunan: Zabuxçay su anbarı bu il istifadəyə VERİLƏCƏK 

182354

“Bu ilin ortalarına kimi Laçın rayonunun Zabux kəndində su anbarının tikilib təhvil verilməsi gözlənilir”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Bakı Su Həftəsi Beynəlxalq Konfransının ("Baku Water Week Conference") açılış mərasimində deyib. 

"Azərbaycanda 20-yə yaxın kanalın bərpa olunması nəzərdə tutulub. Hazırda onlardan 6-sının bərpa olunması istiqamətində işlər davam edir, 2-də işlər artıq başlamaq üzrədir, 12-də isə hazırlıq işləri bitmək üzrədir. Bundan başqa 13 anbarın yenidənqurulması məsələsi var. Onlardan 2-si bərpa olunub",- deyə o qeyd edib. 

Z. Mikayılov əlavə edib ki, paralel olaraq digər anbarların texniki-iqtisadi əsaslandırılması aparılır. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin