Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında növbəti buraxılış hazırlanıb.
Bizim.Media xəbər verir ki, “Erməni qızlar haylara yox, türklərə ərə getmək istəyirlər” adlı buraxılışda əslən Şörəyel mahalının, Amasiya rayonunun Oxçuoğlu kəndindən olan araşdırmaçı Muxtar Oxçuoğlu ermənilər ilə hayların əsas fərqini üzə çıxarır.
O, saqların adlarını və tarixini hayların necə mənimsəməsinə, Saq və Qamərlərin məskunlaşdığı, qıpçaq və oğuzların birgə yaşadığı Qərbi Azərbaycanda saqların adını yaşadan yer adlarına, eləcə də hayların xristian-türk və erməni, subar irsini necə oğurlamasına aydınlıq gətirir.
Araşdırmaçı həmçinin Ermənistanda parçalanma getdiyini, haylar, yamlar, boşalar və ermənilər arasında gizli münaqişə baş verdiyini, xristian-qıpçaqlara aid qədim kilsələrin dağıdıldığını bildirir.
M.Oxçuoğlu sonda Ermənistanda saq və qıpçaq irsinə qarşı törədilən vandalizmdən, Şirak, Talin, Ani, Ağin adlarının türklərlə bağlılığından söz açır, hayların hind mənşəli, ermənilərin isə türk tayfası olduğunu və buna görə də, erməni qızların hayları vəhşi sayaraq həmişə türkə ərə getmək istədiklərini vurğulayır.
Daha ətraflı süjetdə:
- A-
- A
- A+
Cəmiyyət
00:48 / 13.03.2024
Qərbi Azərbaycan Xronikası: Erməni qızlar haylara yox, türklərə ərə getmək istəyirlər - VİDEO
Hazırda oxunan: Qərbi Azərbaycan Xronikası: Erməni qızlar haylara yox, türklərə ərə getmək istəyirlər - VİDEO
Hazırda oxunan: Qərbi Azərbaycan Xronikası: Erməni qızlar haylara yox, türklərə ərə getmək istəyirlər - VİDEO
182321
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.