Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) fərdi avtomobillərin hərəkətinin məhdudlaşdırıldığı “28 May” metrostansiyasının ətrafında görüləcək işləri açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
Bildirilib ki, ərazidə aidiyyəti qurumlarla birgə abadlaşma işləri həyata keçiriləcək:
“Bu işlər çərçivəsində asfalt örtüyünün dəyişdirilməsi, mikromobillik infrastrukturunun qurulması, o cümlədən velosiped zolaqlarının təşkil edilməsi və piyada zonalarının yaradılması nəzərdə tutulur. Həmçinin ərazinin şəhərin alternativ mərkəzinə çevrilməsi hədəflənir”.
O da qeyd olunur ki, Bakı Dəmiryol Vağzalına gəlib-gedənlər üçün qarşılama və yolasalma zonası da təşkil olunacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:07 / 12.03.2024
“28 May” ətrafında bu YENİLİKLƏR olacaq - Detallar açıqlandı
Hazırda oxunan: “28 May” ətrafında bu YENİLİKLƏR olacaq - Detallar açıqlandı
Hazırda oxunan: “28 May” ətrafında bu YENİLİKLƏR olacaq - Detallar açıqlandı
182259
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.