Makron hökumətinin rüşvət SKANDALLARI – “Ən böyük korrupsiya sxemi Fransada qurulub”

Hazırda oxunan: Makron hökumətinin rüşvət SKANDALLARI – “Ən böyük korrupsiya sxemi Fransada qurulub”

182254

Son zamanlar Fransa gündəmini korrupsiya qalmaqalları zəbt edib. Nəticədə Makron hökuməti ölkə tarixinə ən korrupsioner, yarıtmaz hakimiyyət kimi düşmək "şansı" qazanıb.

Media və siyasi dairələrdə rüşvət, korrupsiya və maxinasiyalar Makron hakimiyyətini xarakterizə edən əsas cəhətlər kimi vurğulanır. İrimiqyaslı maliyyə maxinasiyaları, korrupsiya piramidasının başında isə birbaşa prezidentin durduğu təsdiqlənir. 

Makronun korrupsiyaya skandalları
 

MÖVZU İLƏ BAĞLI:

Avropanın iki böyük gücü QARŞI-QARŞIYA – Almaniya-Fransa gərginliyinin PƏRDƏARXASI


Belə ki, yerli mediada yer alan xəbərlərə görə, o, adı korrupsiya qalmaqallarında çəkilən 72 yaşı Fransua Bayru barəsində məhkəmədə bəraət qərarı çıxarılmasına nail olub. Bayru MoDem mərkəzçi partiyanın rəhbəri olaraq Makronla bir koalisiyada təmsil olunur. 2017-ci ildə Bayru Avropa Parlamentinin vasitələrindən sui-istifadə etməkdə ittiham olunub. Makron isə bu fonda korrupsioner Bayrunu dəstəkləməklə imicinə növbəti zərbəni vurdu.

Ümumiyyətlə isə Makronun özülü korrupsiya və rüşvət üzərində qurulub. Onun 2017-ci ildə seçki kampaniyası zamanı maliyyə saxtakarlığına yol verildiyi qeyd edilirdi. Hüquq-mühafizə orqanlarının araşdırmalarına görə, Makron seçki kampaniyası üçün ABŞ-nin "McKinsey" konsaltinq şirkətindən qeyri-qanuni maliyyə alıb. Əvvəlcə iş adamlarının çirkli pulların yuyulması və vergidən yayınması ilə bağlı istintaq başladılıb. Sonra isə məlum olur ki, şirkətlə Makron arasında çox yaxın münasibət var. 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirir ki, Makron Fransası kollektiv Qərb siyasətində getdikcə daha çox dərəcədə avantüra mərkəzinə çevrilməkdədir:

“Xarici siyasət və Avropalı tərəfdaşlarına münasibətdə Makronun bütövlükdə kollektiv Qərbin, NATO-nun adından danışması, Ukraynaya ordu yeritməklə bağlı fikirlər səsləndirməsi, onun Avropadakı həmkarları tərəfindən də qınanılaraq, diplomatik etika və xarici siyasət dəyərlərinin pozulması kimi dəyərləndirilib”. 

Deputat qeyd edir ki, Makron hökuməti adları korrupsiyada hallanan şəxsləri də himayə edir:

“Bu azmış kimi Fransada son zamanlar korrupsiya hallarının artması da artıq vətəndaş cəmiyyəti institutlarının diqqətindən yayınmır. Müxtəlif korrupsiya məsələlərində adı hallanan şəxslərin məhz Makronun himayəsilə azadlığa çıxması, Fransanın hüquq institutları tərəfindən birmənalı qarşılanmır. Bu hal Fransa Prezidentinin korrupsiya hallarını müdafiə etməsi kimi dəyərləndirilir. 

Habelə Fransa ictimai rəyi hesab edir ki, son dövrlər Amerika mənşəli şirkətlərin Fransada geniş əl-qol açmasının, tenderləri rahatlıqla qazanmasının arxasında da müxtəlif səbəblər ola bilər. Bu zaman da ictimai şübhələr Makronun korrupsiya sxemi qurması iddialarının yaranmasına gətirib çıxarır. Bütün bunlar Makronun həyata keçirdiyi daxili və xarici siyasətlə bağlı ictimai rəydə formalaşan şübhələrdir”. 

Öz gözündə tiri görmür...

Vəziyyətin belə olması fonunda həmsöhbətimiz bildirir ki, Makronun digərlərinə demokratiya, xarici siyasət dərsləri keçməsi tamamilə yersizdir: 

“Öz ölkəsində korrupsiya ittihamı ilə üzləşən, dini azlıqların hüquqlarını pozmaqda, islamofobiyada ittiham olunan Makron hökuməti başqa ölkələri hədəfə götürərək, onları demokratiya, insan haqlarını pozmaqda ittiham edir. Halbuki insan hüquqları, demokratiya elə Fransanın özündə pozulur. Bu ölkədə həmçinin ən böyük korrupsiya sistemi qurulub”.

Rüfət Sultan, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin