Azərbaycan futbolu üçün yeni dönəm başlayır. Rövnəq Abdullayevin federasiyaya yeni prezident seçkilərində namizəd olmayacağını bildirməsi ilə birlikdə AFFA-ya yeni rəhbərliyin gələcəyi rəsmiləşdirdi. Beləcə, Socarın keçmiş rəhbərinin 16 illik futbol rəhbəri karyerası yekunlaşdı.
Yaxın 15 gün ərzində AFFA-nın yeni rəhbəri üçün namizədlər açıqlanacaq.
Maraqlıdır ki, AFFA-nın yeni rəhbərliyi bəlli olmasa da, onların iş başına keçdikdən sonra görəcəkləri işlər barədə müəyyən xəbərlər dolaşır. Xüsusilə də, çempionatımızda klubların sayının artırılması məsələsi gündəmdədir.
Daha ətraflı Bizim.Media-nın hazırladığı videosüjetdə:
Rəşad Rafiqoğlu, Bizim.Media