Əməkdar artist Kübra Əliyeva efirdə göz yaşlarına boğulub.
Bizim.Media xəbər verir ki, həmin anlar “Elgizlə izlə” ictimai-sosial verilişində yaşanıb.
Sözügedən proqramda qonaq olan Birinci Qarabağ müharibəsi iştirakçısı dünyasını dəyişən oğlundan danışıb. Bu anda verilişdə ekspert qismində iştirak edən aktrisa ağlayaraq “Ağalə (nəvəsi -red.) deyir ki, kaş, atam sağ olardı. Dedim ki, atan o qədər gözəl, mədəni, savadlı olub. Kaş, bu yolun yolçusu olmayaydı. Kaş, o zəhəri ona öyrətməyəydilər” sözlərini dilə gıtirib.
Qeyd edək ki, Kübra Əliyevanın oğlu Rauf Məmədov 14 il müddətinə həbs olunmuşdu. Rauf elə həbsxanada da dünyasını dəyişib.
Rəşad Əliyev, Bizim.Media