FHN Novruz bayramında yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət etdi

Hazırda oxunan: FHN Novruz bayramında yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət etdi

182169

Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramında yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib.

Bu barədə Bizim.Media-ya nazirlikdən məlumat verilib.

Bildirilib ki, aparılan kütləvi maarifləndirmə işlərinə, o cümlədən edilən müraciətlərə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, bir sıra hallarda Novruz çərşənbələrində yanğın təhlükəsizliyi qaydalarının pozulması hallarına rast gəlinir ki, bu da acı nəticələrə gətirib çıxarır.
Belə ki, ötən çərşənbə mərasimləri zamanı 3 uşağın bayram tonqalına yıxılaraq müxtəlif dərəcəli yanıq xəsarətləri alması faktları qeydə alınıb.

Göstərilənlərlə bağlı Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasına çağırır.

Bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar materiallardan kənarda yandırılmalı, tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı, tonqal üzərindən atılarkən ehtiyatlı olmalı, tonqal tam sönənədək nəzarətdə saxlanılmalı, süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin