"Jony mənə deyir ki, əmi, gəl, səninlə duet oxuyaq. Mən isə səhlənkarlıq edirəm".
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Xanhüseyn Hüseynov qonaq olduğu "7 tamam" verilişində deyib.
Sənətçi bildirib ki, Jony Rusiyada məşhurlaşmazdan əvvəl onu azərbaycanlı deyil, erməni və gürcü millətin nümayəndəsi zənn ediblər:
"Sən şamsan əgər" mahnısından başqa, digər nəğmələr də var ki, onları duet oxumaq istəyirik. Misal üçün "Azərbaycanım mənim" adlı bir mahnım var. İstəyirəm ki, bu mahnını Jony özü oxusun. Jony Rusiyada indiki kimi tanınmayanda, biri deyirdi ki, “ermənidir”, digəri deyirdi ki, “gürcüdür və ya başqa millətin nümayyəndəsidir”. Amma bir dənə "Azərbaycanım mənim" mahnısını oxuyanda sübut edirsən ki, mən azərbaycanlıyam. Jony azərbaycan dilində təmiz bilir".
Xanhüseyn vurğulayıb ki, Jony-nin zamanı az olduğundan bir araya gəlib duet layihə edə bilmirlər:
"Jony-nin mənimlə duet oxumağa heç vaxtı belə yoxdur. Jony ailəsi ilə birgə bir müddət əvvəl Bakıya gəlmişdi. Onlarla görüşdüm. Daha sonra Bakıdan yollandılar Məkkə şəhərinə Kəbə evini ziyarət etməyə".
- A-
- A
- A+
Şoutaym
21:27 / 11.03.2024
Jony-nin müğənni əmisi: "Rusiyada məşhurlaşmazdan əvvəl onu erməni millətin nümayəndəsi bilirdilər" - VİDEO
Hazırda oxunan: Jony-nin müğənni əmisi: "Rusiyada məşhurlaşmazdan əvvəl onu erməni millətin nümayəndəsi bilirdilər" - VİDEO
Hazırda oxunan: Jony-nin müğənni əmisi: "Rusiyada məşhurlaşmazdan əvvəl onu erməni millətin nümayəndəsi bilirdilər" - VİDEO
182127
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.