Bu gün müqəddəs Ramazan ayının birinci günüdür. Oruc tutmaq İslamın əsas şərtlərindən biri sayılır. Müsəlmanlar orucu təkcə ruha deyil, həm də cismə mütləq faydası olacağı kimi qəbul edirlər.
Alimlər sübut ediblər ki, oruc tutanda insanın həzm sistemi dincəlir və orqanizmini yeniləşdirir. Belə ki, maddələr mübadiləsi zamanı orqanizmdə toplanmış zərərli maddələrin bədəndən asanlıqla çıxmasına şərait yaradır. Nəticədə orqanizm tullantılardan və toksik maddələrdən təmizlənir.
Amma əksər hallarda bu ayda düzgün qidalanmamağımız nəticəsində fiziki çətinliklərlə üzləşirik. Bu, çox hallarda artıq piylənmə və ya zəifliklə, həmçinin mədə-bağırsaq sisteminin pozulması ilə nəticələnir.
Bəs orucluqda necə qidalanmalı, imsak və iftarda rasionumuzdan nələri çıxarmalıyıq?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan qida eksperti Ağa Salamov bildirib ki, oruc tutan zaman istər imsakda, istərsə də iftarda qidalanmaya diqqət etmək lazımdır:
“Nəzərə alsaq ki, insan saatlarla susuz qalır, imsakda duzlu qidalardan, turşulardan, kolbasa, sosiska və konserv məhsullardan uzaq durmalıdır. İmsakda əsasən karbohidratlara müraciət etmək lazımdır. Məsələn, brokoli, gül və ya mərcu şorbası ola bilər. Ana yemək olaraq isə yumurtanı, əncir qurusunu, zeytunu deyə bilərəm. Zeytun əncir qurusu ilə sintez olunanda insanı tox tutur.
İçkilərə gəldiksə isə...
Qazlı içkiləri nə imsakda, nə iftarda içmək məsləhətlidir. Qazlı içkilərin ziyanı bir kənara, insanı tez susadır. Çünki bu kimi sularda minerallar yoxdur”.
A.Salamovun sözlərinə görə iftarda aqressiv qidalanmaq olmaz:
“Çox adam gün boyu ac qalır deyə, az qalır süfrəyə hücum çəksin. Bu zaman, həm su, həm şorba içir, həm xurma, həm salat, həm də ana yemək yeyirlər, aləmi qatırlar bir-birinə. Nəticədə həzmsizlik, köp kimi problemlər ortaya çıxır. Ona görə də, oruc açılan zaman, yəni su və xurma qəbulundan sonra, 100 ml şorba içmək olar. Daha sonra 100 qr tərəvəz və ya toyuq salatı yeyilə bilər. Bu salat da zeytun yağı və limon suyu ilə sintez olunsa, yaxşı olar. Bir müddət gözlədikdən sonra isə, ana yeməyə keçmək olar. Yəni istənilən halda, hər bir qidanı normasında qəbul etmək lazımdır”.
Nuranə Daxilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:30 / 12.03.2024
Orucluqda necə QİDALANAQ? - Mütəxəssisdən MÜHÜM AÇIQLAMA
Hazırda oxunan: Orucluqda necə QİDALANAQ? - Mütəxəssisdən MÜHÜM AÇIQLAMA
Hazırda oxunan: Orucluqda necə QİDALANAQ? - Mütəxəssisdən MÜHÜM AÇIQLAMA
182095
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.