Erməni terrorçular 31 türk diplomatını qətlə yetirib - SON 53 İLDƏ - FOTO

Hazırda oxunan: Erməni terrorçular 31 türk diplomatını qətlə yetirib - SON 53 İLDƏ - FOTO

182089

Türkiyənin Belqraddakı səfiri Qalip Balkarın erməni terror təşkilatı JCAG tərəfindən öldürülməsindən 41 il ötür. Səfir 1983-cü il martın 11-də terrorçuların mənfur hücumu nəticəsində qətlə yetirilib.

Bizim.Media xəbər verir ki, 1970-ci ildən indiyədək 31-i diplomat və onların ailə üzvləri daxil olmaqla, ümumilikdə 58 Türkiyə vətəndaşı erməni terror təşkilatlarının təşkil etdiyi xain hücumların qurbanı olub.

Bu qanlı terror aktlarına baxmayaraq, uydurma “erməni soyqırımı” iddialarının müdafiəçisi olan Ermənistan rəhbərliyi və diasporu erməni terror təşkilatlarının və terrorçuların fəaliyyətini təbliğ edir, hətta onlara abidələr qoyurlar.
İrəvandakı “Yerablur” hərbi qəbiristanlığında ASALA terror təşkilatı ilə bağlı abidə və terrorçuların “qəhrəman” kimi tanıdılması məqsədilə nəşr edilən kitablar bunun bariz nümunəsidir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin