Bütövlükdə dünyada dekabr, yanvar və fevral aylarında temperatur normadan 0,78 dərəcə Selsi yuxarı olub. Lakin son üç ay iqlim dəyişməsinin daha böyük mənzərəsinin bir hissəsidir. “Kopernik” (C3S) Avropa İttifaqının İqlim Dəyişməsi Xidmətinin yeni məlumatına görə, bu ilin fevralı bütün müşahidələr dövrü ərzində ən isti olub. Bu, temperaturun rekord vurduğu ardıcıl 9-cu aydır. Üstəlik, müşahidələr aparılandan bəri ötən il bütün dünyada ən isti il olub.
Bizim.Media xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.
Məqalədə qeyd edilir ki, fevralda temperatur 1991-2020-ci illərin orta göstəricisindən təxminən 0,81 dərəcə Selsi yüksək, 2016-cı ildə müəyyən edilən əvvəlki rekorddan 0,1 dərəcə Selsi isti olub.
Ardıcıl 9-cu dəfə rekord ay öz-özlüyündə nadir hadisədir, lakin perspektivdə o, davam edən qlobal istiləşmənin tendensiyasını göstərir.
“Hələ 2023-cü ilin iyulunda aylıq temperaturları müzakirə etdiyimiz zaman deyilmişdi ki, biz ay ərzində sənayeyəqədərki dövrün orta göstəricilərindən təxminən 1,5 dərəcə Selsi yüksəkdəyik. Hazırda fevral sənayeyəqədərki orta göstəricilərdən təxminən 1,77 dərəcə Selsi yüksəkdir. Bu, olduqca maraqlıdır”, - deyə “Kopernik”in direktoru Karlo Buontempo bildirib.
Bu qış Avropada nə dərəcədə isti olub?
Avropada son üç ay qitənin bütün tarixi ərzində ikinci ən isti qış olub, temperatur normadan 1,44 dərəcə Selsi yüksək olmaqla təkcə 2019/2020-ci illər qış mövsümündən geri qalıb. Lakin Avropanın müxtəlif ölkələrində ən isti qış məhz bu ilin payına düşüb.
Məsələn, Afina Milli Rəsədxanası bəyan edib ki, bu qış Yunanıstanda hesablamalar dövründən bəri ən isti qış olub. Ekspertlərin sözlərinə görə, o, 1960-2024-cü illərin orta qışından 1,8 dərəcə Selsi isti, ölkənin bəzi şimal ərazilərində isə daha yüksək olub. Son onillikdə ölkədə altı isti qış olub.
Polşada fevral normadan 3,5-7,5 dərəcə Selsi, Macarıstanda isə 7 dərəcə Selsi isti keçib.
Bəs qış niyə belə isti olub?
Bütövlükdə dünyada dekabr, yanvar və fevralda temperatur normadan 0,78 dərəcə Selsi yüksək olub. Bu, ekosistemə, balıqçılığa, okeana və sair öz təsirini göstərir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
08:10 / 10.03.2024
Bu qış niyə belə isti keçib?
Hazırda oxunan: Bu qış niyə belə isti keçib?
Hazırda oxunan: Bu qış niyə belə isti keçib?
181878
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.