Türkiyə millisinin sabiq futbolçusu, hal-hazırda futbol şərhçisi olan Nihat Kahveci "Qarabağ" - "Bayer" oyunundan danışıb.
Bizim.Media xəbər verir ki, o, Ağdam təmsilçisinin matçın ilk hissəsində Leverkuzen klubunu 2:0 hesabı ilə məğlub etməsinə toxunub.
N.Kahveci bunu Avropa Liqasının sürprizi adlandırıb:
"Qarabağ" 2:0 öndə! Bizə də bu barədə yazırlar. "Bayer" bu mövsüm 1 matçda belə məğlub olmayıb. Mən "Qarabağ"la oyunda rotasiya edib-etmədiklərinə baxmayacağam.
Çünki heç kim heyətə baxmaz. "Qarabağ" ilk hissədə 2:0 qalib gəlib. Xavi Alonso mənim dostumdur. "Real Sosyedad"da oynayarkən mənə 60 metrdən ötürmə verirdi. Xavi Alonso qələbə üçün mübarizə aparır. Amma "Qarabağ"ın ilk hissədə 2:0 hesabı ilə qalib gəlməsi Avropa Liqasının sürprizidir. Belə bir şey olmayıb.
Bu, "Fənərbaxça" üçün motivasiya olmalıdır. Avropa Liqasının qalibi olmaq üçün 1 nömrəli favorit "Bayer"dir. "Qarabağ"ın inkişafı necə də gözəldir. Vallah, halal olsun, azərbaycanlı qardaşlarımıza. İllərdir ki, avrokuboklarda çox yaxşı nəticələr əldə edirlər. İnşallah, mərhələ adlayan tərəf olarlar".
Qeyd edək ki, "Qarabağ" - "Bayer" oyunu 2:2 hesabı ilə başa çatıb. Bu komandalar arasında cavab görüşü martın 14-də Leverkuzendə keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Bizim.Media