“Biz dünyada tüğyan edən pandemiyanı məğlub edib və yenisinə hazırlaşmaq üçün qlobal sağlamlıq sistemini gücləndirməliyik. Çünki daha bir pandemiya olacaq”.
Bizim.Media xəbər verir ki, bu sözləri ABŞ prezidenti Ağ evin rəsmi saytında yayımlanan məktubunda yazıb.
MÖVZU İLƏ BAĞLI:
Bayden Putini gərginliyi azaltmağa çağırdı
Co Bayden ABŞ silahlı qüvvələrini Əfqanıstandan çıxarmaq qərarı haqqında danışarkən deyib ki, orada müharibə aparmağın lüzumu yoxdur. Çünki bu gün ABŞ-ın daha ciddi problemləri var.
“Talibanla yenidən müharibə etməkdənsə qarşımızda olan digər ciddi problemlərimizi həll etməliyik. Biz ölkəni başqa terror təhdidlərinə qarşı ciddi şəkildə qorumalıyıq. Getdikcə daha iddialı olan Çindən üzləşdiyimiz böyük rəqabətə dayanma gücü qabiliyyətimizi inkişaf etdirməliyik. İttifaqlarımızı gücləndirməli və ölkəyə olan kiber təhdidləri tənzimləməliyik.
Ölkədə demokratik dəyərlərimizi inkişaf etdirib, müttəfiqlərimizlə güclü işbirliyi qurmalıyıq”,- deyə o, qeyd edib.
Xatırladaq ki, Baydenin qərarı ilə ABŞ silahlı qüvvələri 2021-ci il mayın 1-ə qədər Əfqanıstandan çıxarılacaq.
Bizim.Media