Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev İttifaqın sədri vəzifəsinə seçkilərdə ədalətli davranılmaması, gənclərə yer verilməməsi, kino sahəsində müsbət gözləntilərin olmaması barədə müzakirələrə aydınlıq gətirib.
Bizim.Media xəbər verir ki, Xalq artisti “Pravda.az-a açıqlamasında bu barədə danışıb.
R.Balayev bildirib ki, kinonu Kinematoqrafçılar İttifaqı deyil, Mədəniyyət Nazirliyi, nazirliyin tabeliyindəki Kino Agentliyi çəkir.
"Bizim tövsiyələrimiz ola bilər. Təbii ki, istedadlı gənclərimizi tövsiyə edəcəyik. Gənclərə həmişə yer verəcəyik, onlar bizim gələcəyimizdir. Dünyanı tutub durası deyilik. Bizim də planlarımızdan biri budur ki, gənclərimizi irəli çəkək. Çalışacağıq ki, onlar işlə məşğul olsunlar", - o qeyd edib.
R.Balayev sədr seçimi zamanı obyektiv davranılmaması iddiasına da münasibət bildirib:
"Narazı adamlar oldu. Bu, təbiidir. Amma əksəriyyət konfransımızdan razı qaldı. İçimizdə narazı adamlar həmişə olur. Hərənin öz fikri var. Müəyyən səbəblərə görə Kino İttifaqı ayrılmışdı. Təxminən, 10 ilə qədər iki Kino İttifaqı fəaliyyət göstərdi. Bu da çox yersiz görünürdü.
Bu boyda ölkədə bir dənə İttifaq olmalıdır də, ikincisi lazım deyildi. Həm kino işçilərinin özlərinin arzusu, həm də Mədəniyyət Nazirliyinin təklifi ilə birləşdik. Dedilər ki, birləşəndə bir sədr seçilməlidir. Biri var iki sədr, bir də var ki, tək təşkilat olanda ştatlar tamam dəyişir. Buna görə də seçki keçirdik. Hamısı protokollaşdırılıb. Narazı adamların da orada adı var.
Bizdən asılı olan, Nizamnaməyə uyğun nə iş varsa, biz onu Allahın izni ilə görəcəyik. Bütün kino işçilərinin mən də daxil olmaqla, şərti ilə bir amalımız var: Azərbaycan kinosunu yenidən dirçəltmək, əvvəlki qaydada yaxşı filmlər çəkmək. Başqa niyyətimiz yoxdur".
Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
12:28 / 08.03.2024
Rasim Balayev iradlara cavab verdi: "Gənclərə yer verəcəyik, dünyanı tutub durası deyilik..."
Hazırda oxunan: Rasim Balayev iradlara cavab verdi: "Gənclərə yer verəcəyik, dünyanı tutub durası deyilik..."
Hazırda oxunan: Rasim Balayev iradlara cavab verdi: "Gənclərə yer verəcəyik, dünyanı tutub durası deyilik..."
181665
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.