Adam Sandler ilin ən çox qazanan aktyoru OLDU 

Hazırda oxunan: Adam Sandler ilin ən çox qazanan aktyoru OLDU 

181637

“Forbes” dərgisi ənənəvi olaraq son bir ildə ən çox gəlir əldə edən aktyorların siyahısını dərc edib.  

Bizim.Media xəbər verir ki, birinci yeri 73 milyon dollar (təxminən 124 milyon manat) qazanan Adam Sandler tutub.  

Sandler qazancının böyük hissəsini “Netflix” ilə əməkdaşlığına görə alıb. 

Digər ulduzların da bank hesablarındakı məbləğlər diqqət çəkib. 

Beləliklə, reytinqdə ikinci yerdə ötən ilin ən çox gəlir gətirən filmlərindən biri olan “Barbi” filmində baş rolu oynayan Marqot Robbi qərarlaşıb. Bunun sayəsində onun gəliri 59 milyon (təxminən 101 milyon manat) dollar təşkil edib. 

Üçüncü yeri 45 milyon dollar (təxminən 76 milyon manat) gəlirlə “Missiya: Impossible: Deadly Reckoning” adlı casus filmində baş rolu oynayan Tom Kruz tutub.  
Rayan Qoslinq və Mett Deymon dördüncü yeri bölüşüblər. Onların hər biri 43 milyon dollar (təxminən 73 milyon manat) qazanıb. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin