Azərbaycanla Dünya Bankı arasında tərəfdaşlığın perspektivləri müzakirə olunub

Hazırda oxunan: Azərbaycanla Dünya Bankı arasında tərəfdaşlığın perspektivləri müzakirə olunub

181574

Azərbaycanın Baş naziri Əli Əsədov martın 7-də Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Antonella Bassaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən bildirilib.

Qeyd edilib ki, görüşdə Azərbaycan ilə Dünya Bankı arasında uzunmüddətli səmərəli tərəfdaşlığın mövcud olduğu bildirilib. Ötən müddət ərzində müxtəlif sahələri əhatə edən birgə layihələrin uğurla həyata keçirilməsindən məmnunluq ifadə olunub.

Baş nazir Azərbaycanda dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatın təmin edilməsi, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, qeyri-neft iqtisadiyyatının inkişaf etdirilməsi, məşğulluğun artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Eyni zamanda Azərbaycanın yaşıl enerjiyə keçid strategiyası, həyata keçirilən enerji səmərəliliyi və bərpaolunan enerji layihələri, ölkəmizin iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə verdiyi töhfəsi haqqında söhbət açılıb.

Görüşdə Azərbaycanla Dünya Bankı arasında bir çox istiqamətlərdə tərəfdaşlığın perspektivləri, əməkdaşlıq gündəliyində duran prioritet layihələrin icrası, Dünya Bankının yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin hazırlanması, habelə cari ildə ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası(COP29) çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin