Türkiyə iqtisadiyyatına 21 il ərzində 262 milyard dollar sərmayə yatırılıb

Hazırda oxunan: Türkiyə iqtisadiyyatına 21 il ərzində 262 milyard dollar sərmayə yatırılıb

181399

Türkiyə iqtisadiyyatına 2003-cü ildən bəri ümumilikdə 262 milyard dollar sərmayə yatırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası yanında Sərmayələr üzrə ofisin rəhbəri Burak Dadlıoğlu bildirib.

Onun sözlərinə görə, əgər 2003-cü ildə Türkiyədə əhalinin adambaşına düşən xərci 3 min dollar təşkil edirdisə, hazırda bu göstərici 13 min dollara çatıb və hökumət əhalinin rifah səviyyəsini 15 min dollara çatdırmaq əzmindədir.

“Birbaşa sərmayələrin beynəlxalq bazarında ölkəmizin payı hazırda 1 faiz təşkil edir. İnvestisiyaları bundan sonra da stimullaşdıraraq ölkənin payını 1,5 faizə çatdırmağı planlaşdırırıq”, - deyə Türkiyə Prezidenti Administrasiyasının təmsilçisi bildirib.

O qeyd edib ki, Türkiyənin ixrac etdiyi məhsulların 60 faizi yüksək əlavə dəyərli məhsullardır və bu da iqtisadiyyatın risklərə və rəqabətə dayanıqlılığını artırır. “Hələ 21 il əvvəl Türkiyənin dünya ticarətində iştirakı 0,005 faizlə məhdudlaşırdı, bu gün isə ixracın artması sayəsində artıq 1,1 faizdir. Türkiyənin özündə istehsalın bütün mərhələlərini nizamlamaq hədəf götürülüb: layihələndirmədən tutmuş yekun istehlakçıya qədər”, - deyə Dadlıoğlu izah edib.

Sərmayələr üzrə ofisin rəhbəri ölkənin gələcək inkişafının mühüm amili kimi Türkiyənin enerji asılılığının azaldılmasını göstərib. “Hazırda Türkiyənin enerji tələbatının 55 faizi bərpa olunan enerji mənbələri hesabına ödənilir, lakin bu, son hədd deyil”, - deyə ofis rəhbəri vurğulayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin