Meyxanaçı Rüfətin ingiliscə mahnı oxumasını efirdə TƏNQİD ETDİLƏR - VİDEO 

Hazırda oxunan: Meyxanaçı Rüfətin ingiliscə mahnı oxumasını efirdə TƏNQİD ETDİLƏR - VİDEO 

181373

Meyxanaçı Rüfət Nasosnunun əfsanəvi müğənni Lui Amstrongun repertuarında sevilən məşhur “What a wonderful world” (Nə gözəl dünyadır) mahnısını ifa etməsi müzakirəyə səbəb olub. 

Bizim.Media xəbər verir ki, sözügedən mahnını “Elgizlə izlə” ictimai-sosial verilişinin efirində ifa etməsi meyxanaçıya baha başa gəlib. 

Belə ki, proqramın ekspertləri xüsusi ilə şair və jurnalist Anar Vəziroğlu Rüfətin ifasını bəyənməyib. 

Tənqid dolu çıxışları görən meyxanaçı özünə bu sözlərlə bəraət qazandırıb: 

“Anar Vəziroğlu danışır da… Eybi yoxdur, yaşlı adamdır. Onu yola vermək lazımdır. Mən ingilis dilində heç nə bilmirəm. Bu mahnıda bir söz var “İ love you” (Mən səni sevirəm). Bunu bilirəm. Bu mahnını peşəkar səsyazma studiyasında yazdırmamışam. Nəqarət hissəsində, yaxşı oxuduğum yeri səs rejissoruna dedim ki, əlavə edin mahnının digər hissəsinə. Bu, istədiyimiz kimi alınmadı”. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin