Müəllimlərin işə qəbul prosesinə müraciət edən kişilər arasında artım var.
Bizim.Media xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov media üçün keçirilən brifinqdə çıxışı zamanı deyib.
MÖVZU İLƏ BAĞLI:
Bu il bağça tərbiyəçiləri üçün sertifikasiya imtahanı keçirilməyəcək - RƏSMİ
“Belə bir tədqiqat yoxdur ki, kişi müəllim çox olsa, keyfiyyət yaxşı olar. Ənənəvi olaraq bu peşəni seçənlər daha çox qadınlar olub. Bilmirəm, cəmiyyət nə üçün düşünür ki, kişi müəllimlər məktəbdə çox olsa, tədris yaxşı olar. Kişi müəllimlərə daha çox maaş verilməsi təklifi isə diskriminativ yanaşmadır”, - deyə o bildirib.
Məhərrəm Əliyev, Nicat Niftəliyev, Bizim.Media