UEFA Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində bu gün daha iki matç keçiriləcək.
Bizim.Media xəbər verir ki, günün qarşılaşmaları İngiltərə və İspaniyada baş tutacaq.
Turnirin son qalibi “Mançester Siti” doğma azarkeşləri önündə Danimarka təmsilçisi “Kopenhagen”i sınağa çəkəcək. Rəqibini səfərdə 3:1 hesabı ilə məğlub edən “şəhərlilər”in yoluna davam etməməsi möcüzə olar.
ÇL-in ən titullu komandası “Real” da Almaniya “Leyptsiq”i ilə ev matçı öncəsi üstünlüyə malikdir. İspaniya nəhəngi səfərdə qazandığı 1:0 hesablı qələbənin davamını evdə gətirməyə çalışacaq.
Qeyd edək ki, ötən gün “Bavariya” (Almaniya) və PSJ (Fransa) 1/4 finala vəsiqə qazanıblar.
Çempionlar Liqası
1/8 final, cavab oyunları
6 mart
00:00. “Mançester Siti” (İngiltərə) – “Kopenhagen” (Danimarka)
Baş hakim: Espen Eskas (Norveç).
Mançester, “Etihad” stadionu
İlk oyun - 3:1.
00:00. “Real” (İspaniya) – “Leyptsiq” (Almaniya)
Baş hakim: Davide Massa (İtaliya).
Madrid, “Santiaqo Bernabeu”
İlk oyun - 1:0.
Qeyd edək ki, 1/8 final mərhələsinin digər 4 cavab oyunu martın 12-13-də keçiriləcək.
Bizim.Media
- A-
- A
- A+
İdman
09:23 / 06.03.2024
Çempionlar Liqasında bu gün daha iki matç olacaq
Hazırda oxunan: Çempionlar Liqasında bu gün daha iki matç olacaq
Hazırda oxunan: Çempionlar Liqasında bu gün daha iki matç olacaq
181301
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.