Nazirlər Kabineti 97 №-li Qərarına dair izah verib.
Bizim.Media-nın verdiyi xəbərə görə, Kabinetdən bildirilib ki, qərar “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 1 fevral tarixli 259-VIQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasını təmin etmək məqsədilə hazırlanıb.
MÖVZU İLƏ BAĞLI:
Şuşaya gedən yoldan xəbər VAR - FOTOLAR
Qərara əsasən Azərbaycan Respublikasının işğaldan azad edilmiş kənd ərazilərində vahid şəhərsalma əsaslandırılması üçün Qaydaların 2.3-cü bəndində göstərilən layihə tapşırığının Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən hazırlanmasına yol veriləcək, bu hallarda şəhərsalma əsaslandırılması Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında tərtib ediləcək və həmin sənədlərin hazırlanması Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 24.2-ci maddəsinə uyğun olaraq dövlət vəsaiti hesabına maliyyələşdiriləcəkdir.
Bizim.Media