Yeni yaradılan Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri, xalq artisti Rasim Balayev Oqtay Mirqasımovun etirazına münasibət bildirib.
Bizim.Media xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Rasim Balayev onu anlamadığını deyib.
MÖVZU İLƏ BAĞLI:
Rasim Balayev Kinematoqrafçılar İttifaqının SƏDRİ SEÇİLDİ
Xatırladaq ki, bu gün Teatr Xadimləri İttifaqının “Aktyor Evi”ndə Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) birləşmələri ilə bağlı konfrans keçirilib. Konfransda çıxış edən ARKİ üzvü Xalq artisti Oqtay Mirqasımov ittifaqların yeni ad altında birləşdirilməsinin əleyhinə səs verərək zalı tərk edib.
Günay Şahmar, Leyla Qəhrəmanova, Bizim.Media