Son üç ildə işğaldan azad edilmiş ərazilərə 12,1 milyard manat AYRILIB 

Hazırda oxunan: Son üç ildə işğaldan azad edilmiş ərazilərə 12,1 milyard manat AYRILIB 

181191

Dövlət Proqramının icrası üçün 2022-2026-cı illərdə təqribən 32 mlrd. manat məbləğində vəsait tələb olunur. 2021-2023-cü illərdə dövlət büdcəsindən bu məqsədlə 12,1 mlrd. manat vəsait ayrılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir. 

Hesabatda bildirilir ki, 2023-cü ildə də işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və ölkə iqtisadiyyatına reinteqrasiyası istiqamətində işlər sürətlə davam etdirilmiş, bu ərazilərdə Azərbaycan Ordusunun, fövqəladə hallar, təhlükəsizlik orqanlarının fəaliyyətinin təmin edilməsi, ərazilərdə minatəmizləmə tədbirlərinin təşkil olunması, habele su, elektrik enerjisi, qaz və istilik təchizatı, həmçinin yol infrastrukturunun qunulması, təhsil, səhiyyə, idman, mədəniyyət obyektlərinin tikintisi, azad olunmuş ərazilərdə əhalinin mərhələlərlə maliyyələşdirilməsi təmin olunub. 

Ötən il dövlət büdcəsindən azad edilmiş ərzilərin yenidən qurulması üçün 5 milyard 588 milyon manat vəsait ayrılıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin