“Sabah” xorvatiyalı məşqçi ilə müqavilə İMZALADI

Hazırda oxunan: “Sabah” xorvatiyalı məşqçi ilə müqavilə İMZALADI

181161

“Sabah”da yeni baş məşqçi təyinatı rəsmiləşib. 

Bizim.Media xəbər verir ki, Murad Musayevin istefasından sonra boş qalan posta yenə legioner təyin edilib.

Xorvatiyalı məşqçi Krunoslav Renduliçlə 1,5 illik müqavilə bağlanıb.

Renduliç məşqçi karyerası ərzində İranın “Fulad” (2014-2016) və bu ölkənin əsas milli komandasında (2022) köməkçi məşqçi, həmçinin Xorvatiyanın “İstra 1961” (2018/19), “Şibenik” (2019-2021), “Qoritsa” (2021-2022), Bosniya və Herseqovinanın “Zrinski” (2022-2023) klublarında baş məşqçi kimi çalışıb.
Xorvatiyalı məşqçi “Zrinski” ilə Bosniya və Herseqovina çempionu olub, ölkə kubokunu qazanıb (2022/2023), bu klubu UEFA Konfrans Liqasının qrup mərhələsinə çıxarıb (2023/2024). 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin