2024-cü ilin fevral ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 106 nəfər daxil olub.
Bu barədə Bizim.Media-ya Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
Şöbəyə qəbul edilən xəstələrdən 11-i dəm qazından, 52-si dərmandan və 9-u etanoldan zəhərlənən şəxslərdir.
Həmçinin 10 nəfər allergik reaksiyadan, 24 nəfər isə sirkə turşusundan zəhərlənib.
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3-ü (kişi cinsli) dünyasını dəyişib.
Ölüm halları sirkə turşusu, etanol və dərman zəhərlənmələrindən qeydə alınıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:12 / 05.03.2024
Azərbaycanda 24 nəfər sirkə turşusundan zəhərlənib - 3 nəfər ölüb
Hazırda oxunan: Azərbaycanda 24 nəfər sirkə turşusundan zəhərlənib - 3 nəfər ölüb
Hazırda oxunan: Azərbaycanda 24 nəfər sirkə turşusundan zəhərlənib - 3 nəfər ölüb
181143
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.